XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 May 2015 - 12:33

Ermənistanın orta məktəb şagirdləri Bakıya gəlir – XƏBƏR

armani meketb.jpg

Ermənistan orta məktəb şagirdləri iyul ayında Azərbaycana gələcək.

Strateq.az bildirir kİ, erməni şagirdləri Bakıda keçirləcək 47-ci beynəlxalq kimya olimpiadasında iştirak edəcəklər. Ermənistana bu barədə dəvəti Olimpiadanın təşkilat komitəsinin sədri Nərgiz Paşayeva göndərib.

Ermənistan Təhsil Nazirliyinin açıqlamasında bildirilir ki, bu barədə keçirilən müzakirələrdən sonra erməni komandasının olimpiadada iştirak etməsi ilə bağlı qərar qəbul olunub. Tədbir 20-29 iyulda Bakıda baş tutacaq.

Hazərda komanda hazırlığı ilə bağlı işlər başlanıb. Komanda Bakıya Ermənistanın təhsil naziri Armen Aşotyanın müşayəti ilə gələcək.