XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

15 Avqust 2019 - 16:40

Dmitri Medvedev:"A321" təyyarəsinin ekipaj üzvlərinin hərəkətləri ən yüksək mükafata layiqdir"

“A321” təyyarəsinin ekipaj üzvlərinin hərəkətləri ən yüksək dəyərə və mükafata layiqdir”.

Bunu Rusiyanın Baş naziri Dmitri Medvedev deyib.

“Görünən odur ki, ekipaj üzvlərinin hərəkətləri ən yüksək dəyərə layiqdir və bu vəziyyətin nəticələrinin dəyərləndirilməsindən sonra onlara dövlət mükafatlarının təqdim edilməsi ilə bağlı sənədlərin hazırlanması lazım olacaq”, – D. Medvedev deyib.

Baş nazir qeyd edib ki, bacarıqlı ekipaj üzvlərinin hərəkətləri sayəsində faciənin və insan ölümlərinin qarşısını almaq mümkün olub: “Təbii ki, orada nəyin necə baş verdiyini araşdıracaq komissiya çalışacaq. Hər halda belə çətin şəraitdə təyyarəni endirmək, sözsüz ki, çox yaxşı haldır”.

D. Medvedev vurğulayıb ki, mütəxəssislər vəziyyəti analiz edirlər.

Qeyd edək ki, bu gün Moskva vilayətinin Jukovski hava limanından Simferopola uçan “Ural” hava yollarına məxsus “Aerobus A321” təyyarəsi Moskva vilayətində qarğıdalı sahəsinə enməli olub. Qəza enişi təyyarə havaya qalxarkən quş dəstəsinin mühərriklərə çırpılması səbəbindən baş verib. Nəticədə hər iki mühərrik dayanıb, mühərriklərdən biri isə alışıb. Bununla belə pilotlar təyyarəni qarğıdalı sahəsinə endirə biliblər.

Sərt eniş nəticəsində 23 nəfər, o cümlədən bir hamilə qadın və 9 uşaq müxtəlif xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Ümumilikdə təyyarənin göyərtəsində 234 nəfər olub. Onlardan 7 nəfəri ekipaj üzvüdür. Təyyarədəkilərin hamısı təxliyə olunub. /APA