XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

15 Avqust 2019 - 17:20

Hansı tələbələr təhsil haqqından azad olunacaq? –Təhsil Nazirliyindən açıqlama

“”Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum edilmiş uşaqların sosial müdafiəsi haqqında” qanuna görə, hər iki valideynini itirmiş, valideynlərindən biri vəfat edən, digər valideyni valideynlik hüququndan məhrum edilmiş və ya valideynlərindən biri vəfat edib, digər valideyni I və II qrup əlil şəxslər, habelə bu kateqoriyadan olan digər şəxslər dövlət, habelə özəl təhsil müəssisələrində təhsil alarkən təhsil haqlarından dövlət hesabına azad olunurlar”. 

Bunu Təhsil Nazirliyinin sektor müdiri Bəhruz Müslümov bildirib. Sektor müdiri qeyd edib ki, həmin tələbələr dövlət təhsil müəssisələrinin bakalavr, magistratura və Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistratura səviyyəsində təhsil alarkən tam dövlət hesabına təhsil haqlarından azad olunurlar. Həmin şəxslər üçün qanunvericilikdə digər imtiyazlar da nəzərdə tutulub:

“Qanuna görə, həmin şəxslər əyani şəkildə təhsil aldıqda 23 yaşına qədər, qiyabi təhsil aldıqda isə 18 yaşına qədər təhsil haqlarından dövlət hesabına azad olunurlar. Həmin şəxslər təhsil alarkən qanunvericilikdə müəyyən edilmiş tələbə təqaüdünün iki misli qədər təqaüd alırlar, onlar həmçinin təhsil almaları üçün müvafiq dərs vəsaitləri ilə təmin edilirlər. Eyni zamanda həmin tələbələrin istehsalat təcrübəsinin haqqı dövlət hesabına ödənilir”.   /APA