Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Con Hikenluper seçkiqabağı yarışı tərk edib.
Bu barədə siyasətçi özünün “Twitter”səhifəsində yazıb.
“Bu səhər elan edirəm ki, daha prezidentliyə namizəd olmayacam. Hərçənd, bu kampaniya bizim ümid etdiyimiz nəticəyə adekvat deyildi və mən kampaniyada komandamızı dəstəkləyən hamıya təşəkkür edirəm”, – deyə o, özünün “Twitter” səhifəsində yazıb.
Hikenduper daha əvvəl Kolorado ştatının qubernatoru vəzifəsini icra edib. Hazırda daha 20 nəfər Demokrat Partiyasından vahid namizəd tərəfindən irəli sürülmək üçün mübarizəni davam etdirirlər.
Qeyd edək ki, Con Hikenluperin reytinqi 1%-dən aşağı idi/Report.