XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 August 2019 - 23:00

“Neftçi” “Bney Yehuda”ya məğlub oldu –Bakı komandası Avropa Liqası ilə vidalaşdı

İsraildə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə bu gün Azərbaycanın “Neftçi” komandası “Bney Yehuda” ilə qarşılaşıb.

Strateq.az xəbər verir ki, oyunun 14-cü dəqiqəsində meydan sahiblərinin heyətində Dor Yan hesabı açıb – 1:0.

İkinci hissənin 66-cı dəqiqəsində “Bney Yehuda” “Neftçi”nin qapısına 2-ci qolu da vurub – 2:0

“Neftçi” bu qollardan yalnız birinin əvəzini çıxa bilib.

Belə ki, 90+3-cü dəqiqədə komandamız penaltidən fərqi azaldıb.  E.Mahmudovun zərbəsi dəqiq olub – 2:1

Beləliklə, oyun İsrail komandasının 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da “Neftçi” Avropa Liqası ilə vidalaşıb.

Xatırladaq ki, bu komandaların Bakıdakı ilk oyununda hesab 2-2 olub.