XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2016 - 14:59

“Böhran demək olar ki, bütün sahələri vurdu” – [color=red]Putin ölkəsindəki gərgin durumi fürsət sayır

Rusiya prezidenti Putin ölkəsindəki böhranlı vəziyyətdən danışıb. 

O, bunu “Kiçik biznes – Milli ideya” adlı altında keçirilən “Rusiyanın dayaqları” forumunda deyib ki, böhran ölkədə orta və kiçik biznes üçün yeni imkanlar açıb: 

“Son iki il Rusiya iqtisadiyyatı üçün kifayət qədər çətin oldu,  böhran demək olar ki, bütün sahələri vurdu. Ancaq qeyd etmək lazımdır k, orta və kiçik biznes bu prosesdə duruş gətirdi”. 

Putin əmin olduğunu bildirib ki, ölkəsinin milli valyutasının çöküşü, dolların yüksəlişi ortaya əla fürsət çıxarıb: "Bu vəziyyət orta və kiçik biznes üçün yeni imkanlar açıb”.

Xatırladaq ki, bu gün ABŞ dolları Rusiyada rekord  məbləğə qalxıb. Belə ki, 1 dollar 80 rubl olub.