XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2016 - 17:20

Moldovada etirazlar qızışdı [color=red]- Nümayişçilər parlament binasını ələ keçirdi (VİDEO) (YENİLƏNİB)

Etirazçıların parlament binasına girdiyi bildirilir. Onlar deputatlarla görüş istəyirlər. Deputatların isə yeraltı tunellə binadan çıxarıldığı deyilir.

****

Moldovada aylardır davam edən etirazlar bu gün ölkəyə yeni baş nazirin təyinatı ilə bir az da alovlanıb.

Prezidentin bu posta Pavel Filipi təyin etməsinə etiraz edən minlərlə moldovalı Kişinyovun mərkəzi küçələrinə axışıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda minlərlə nümayişçi Moldovanın parlament binasını mühasirəyə alıb. Polis onların binaya girməsinə imkan vermir.

Yeni baş nazir Pavel Filip

P.Filipin təyinatı parlamentdə səsverməyə qoyularkən iclas zalında 101 deputatdan 68-i olub. Onlardan 57-si prezidentin namizədi olan Filipi dəstəkləyib.

Müxalifət dərhal etiraz bəyanatı yayaraq təyinata qarşı çıxıb və növbədənkənar parlament seçkiləri tələb etdiyini bildirib.

«Parlament binasını mühasirəyə almaqdan və deputatların bayıra çıxmasına imkan verməməkdən başqa çarəmiz yoxdur. Bu, insanların tələblərini yerinə yetirə bilməyən qanunsuz bir hakimiyyətdir», – deyə siyasi fəal Andrey Nestase bildirib.