XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2016 - 04:08

Moldova müxalifəti sakitləşmir: [color=red]”Biz onları təslim olmağa məcbur edəcəyik”

moldova-1.jpg

Moldova müxalifəti yanvarın 21-də ölkə parlamenti qarşısında etiraz aksiyalarını davam etdirəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Sosialist Partiyasının lideri İqor Dodon bəyan edib.

“Prezidentin yeni hökuməti təsdiqləməsi heç nəyi dəyişmir. Bu, qeyri-qanuni hökumətdir və qeyri-qanuni parlament çoxluğudur. Yanvarın 21-i minlərlə tərəfdarlarımızın iştirakı ilə aksiyamız davam edəcək, biz onları təslim olmağa məcbur edəcəyik”, – deyə İ.Dodon bildirib.

Onun sözlərinə görə, müxalifət parlamentin buraxılmasını və vaxtından əvvəl seçkilərin keçirilməsini tələb edir.

Qeyd edək ki, bu gecə ölkə başçısı Nikolay Timofti Demokrat Partiyasının üzvü Pavel Filipin Moldovanın Baş naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, ötən axşam Kişinyovda Moldova parlamentinin qarşısında baş vermiş iğtişaşlar nəticəsində 15 nəfər xəsarət alıb.