XƏBƏR LENTİ

12 Dekabr 2019
11 Dekabr 2019

Digər Xəbərlər

17 Avqust 2019 - 21:32

General Əli Fədavi:"Müharibə məqsədi ilə Hörmüz boğazına daxil olan istənilən hərbi gəmi məhv ediləcək"

İran İslam İnqilabının Keşikçiləri Korpusunun Komandan müavini, general Əli Fədavi İranın Hörmüz boğazındakı hərbi donanmasının daha da gücləndirildiyini bəyan edib. General qeyd edib ki, xarici qüvvələrin müharibə hədələrinə qarşı olaraq İran boğazdakı hərbi iştirakının əhatəsini genişləndirib.

O, müharibə məqsədi ilə boğaza daxil olan istənilən hərbi gəminin məhv ediləcəyini bildirərək deyib: “Müharibə məqsədi ilə bura gəmi göndərən dövlətlər peşman olacaqlar”.

General qeyd edib ki, ABŞ 40 ildir İranı sınağa çəkir. Amma özü bu sınaqlardan dərs götürmür. İran min illiklər boyu Fars körfəzi və Hörmüz boğazının təhlükəsizliyini təmin edib və bundan sonra da edəcək. Bu regionda sabitliyi pozmağa çalışan dövlət qarşısında İranı görəcək.