XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

20 Avqust 2019 - 13:44

İranın cənubunda böyük narkomafiya əməliyyatı:tonlarla narkotik maddənin ölkəyə idxalının qarşısı alınıb

İranın cənubunda Hörmüzqan vilayətində narkotik maddələrin dövriyyəsi ilə məşğul olan silahlı mafiya zərərsizləşdirilib.

Bunu İranın Təhlükəsizlik Nazirliyi bəyan edib.

Məlumata görə, mafiya qonşu ölkələrdən birindən dəniz vasitəsilə gətirdiyi narkotik maddələrin böyük hissəsini İranda paylayır, qalanını isə tranzit edirmiş:

“Bu mafiyanın maliyyə dövriyyəsi 10 trilyon rialdan (rəsmi məzənnə ilə 238 milyon dollar, qara bazar məzənnəsi ilə 85,4 milyon dollar) çox olub”.

İranın Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyatda mafiyanın əsas üzvləri saxlanılıblar. Onların üzərindən müəyyən miqdarda nağd pul, avtomobil, zinət əşyaları aşkarlanıb.

Məlumatda bildirilir ki, bu silahlı mafiyanın zərərsizləşdirilməsi ilə ildə onlarla ton narkotik maddənin İrana daxil olmasının qarşısı alınıb. /Trend