XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2016 - 14:56

“Bu, bizim üçün gözlənilməz oldu” -[color=red] Prezident İlham Əliyev

"Bugünkü vəziyyəti gördükdən sonra neftin qiymətinin daha da düşməsi bizi təəccübləndirməyəcək".

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Davos Forumu Çərçivəsində “The New Energy Equation” adlı panel müzakirəsində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan öz iqtisadiyyatını neftdən sonrakı dövrə – 20 ildən sonraya hazırlayırdı: "Bu, bizim üçün gözlənilməz oldu, iqtisadiyyatımız üçün çətin vəziyyət yaratdı. Çünki biz bu il büdcəmizi 50 dollar səviyyəsində müəyyən etmişdik. Ötən il isə bu rəqəm 60 dollar götürülmüşdü. Ona görə xərclərimizi, investisiyalarımızı azaltmaq məcburiyyətində qaldıq. Sosial proqramları olduğu yerdə saxladıq. Bizim iqtisadiyyatımız stabil və dayanıqlıdır. Böyük rezervlərimiz var. Ona görə də biz vəziyyəti kompensasiya edə bilərik. Lakin belə vəziyyət uzun müddət davam etsə, təbii ki, bu, bizim büdcə üçün böyük təzyiq olacaq”.

APA