XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

22 Avqust 2019 - 13:37

Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub –FOTO

Avqustun 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə yeni təyin olunmuş Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə görüşüb.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edən Müdafiə naziri ona Azərbaycan ilə Çin arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycan ilə Çin arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayan general-polkovnik Z.Həsənov bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnun olduğunu bildirən səfir Azərbaycan-Çin əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səyini artıracağını qeyd deyib.

Görüşdə həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq, eləcə də mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olunub.