XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 August 2019 - 17:55

ABŞ prezidentinə Belçikadan maraqlı təklif:“Əziz Tramp, bir avrodan keçin, Valloniya sizindir"

Belçikada fəaliyyət göstərən radikal Yeni Flandriya Alyansı (N-VA – Nieuw Vlaamse Alliantie) ABŞ prezidenti Donald Trampa ölkənin cənubundakı fransızdilli Valloniya regionunu 1 avroya satın almağı təklif edib.

Belə bir elan həmin təşkilatın gənclər qolu “Jong N-VA” “Twitter” səhifəsində paylaşılıb: “Əziz prezident Donald Tramp. Bir avrodan keçin, Valloniya sizindir. Bizə zəng vurun” – məzmunlu elandan aşağıda Valloniyanın Dürbi şəhəri fonunda Nyu Yorkda Trampa məxsus “Trump Tower”i təsvir edən kollaj yerləşdirilib.

Xatırladaq ki, bu günlərdə Donald Tramp Danimarkaya bağlı muxtariyyat olan dünyanın ən böyük adası Qrenlandiyanı satın almaq fikrini ortaya atmış, bu təklif də istər Danimarkada, istərsə də Qrenlandiyada geniş mənfi əks-səda doğurmuşdu.

Qeyd edək ki, N-VA Belçikanın daha zəngin və firavan niderlanddilli Flandriya regionuna ən geniş muxtariyyat verilməsi, yəni nisbətən kasıb Valloniyadan ayrılması, gələcəkdə bəlkə də ayrıca müstəqil dövlətə çevrilməsi barədə geniş təbliğat aparır/Report.