XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

23 Avqust 2019 - 11:28

DİM abituriyentlərə müraciət edib –Qeydiyyatdan keçməlidirlər

Dövlət İmtahan Mərkəzi (DİM) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərə müraciət edib.

Bu barədə DİM-in mətbuat xidmətindən bildirilib.

Müraciətdə bildirilir ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər.

DİM-in qeydiyyat tarixlərini təqdim edirik:

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

Birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-dək davam edəcək.

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar isə avqustun 23-dən sentyabrın 2-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar isə avqustun 29-dək qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.