Zərdab rayon prokurorluğunun sabiq əməkdaşı Rüfət Səfərov azadlığa buraxılıb.
Bu barədə qafqazinfo.az-a onun atası Eldar Sabiroğlu məlumat verib. E.Sabiroğlu bildirib ki, onlar tərəfindən Rüfət Səfərovun ev dustaqlığına buraxılması üçün vəsatət verilib:
"Təxminən, 1 saat əvvəl Binəqədi rayon məhkəməsində bizim vəsatətə baxılıb. Məhkəmənin qərarı ilə vəsatət təmin olundu və Rüfət ev dustaqlığına buraxıldı”.
Qeyd edək ki, sabiq prokuror rüşvət almaqda ittiham olunur.