XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Avqust 2019 - 12:47

ETSN:"Ölkə ərazisində radiasiya fonu norma daxilindədir"

“Avqustun 12-18-də Rusiya ərazisində və onun cənub sərhədlərində radiasiya fonunun pisləşməsi barədə məlumatlar yayılsa da, həmin günlərdə Azərbaycanda radioaktiv göstəricilər və faktiki radiasiya şəraiti norma daxilində olub”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamentinin yaydığı məlumatda deyilir. Məlumatda qeyd olunur ki, Azərbaycanda radiasiya fonu üzərində tam avtomatlaşdırılmış 6 onlayn erkən radioloji xəbərdarlıq monitorinq nəzarəti sistemi quraşdırılıb və bu mükəmməl sistem vasitəsilə ölkədə radiasiya fonu daim nəzarətdə saxlanılır.

Xatırladaq ki, avqustun 8-də, Rusiyanın Arxangelsk vilayətində, maye reaktiv mühərrik qurğuları poliqonunda sınaq keçirilərkən baş vermiş partlayışdan sonra Rusiyanın bir sıra ərazilərində, həmçinin cənub sərhədlərində xüsusən avqustun 12-18-də radiasiya fonunun dəyişməsi ilə bağlı məlumatlar yayılıb.