Müdafiə Nazirliyi bəzi xarici internet media resurslarında ABŞ tərəfindən İran və İraqa hücum etmək üçün İsrail dronlarının Azərbaycana gətirilməsi ilə bağlı yayımlanan məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyindən Strateq.az-a verilən xəbərə görə, belə məlumatların heç bir əsası yoxdur: “Bu, yalandır və dezinformasiya məqsədilə ilə yayılıb”.