XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

24 Avqust 2019 - 10:16

Tramp Çin mallarının idxal tariflərini yenidən qaldırdı- 25 faizdən 30 faizə

ABŞ Prezidenti Donald Tramp Çindən idxal olunan 250 milyard dollarlıq malın gömrük tariflərinin oktyabrın 1-dən etibarən 25 faizdən 30 faizə qaldırılacağını elan edib.

Birləşmiş Ştatların bu addımı Çinin ABŞ-dan gətirilən 75 milyard dollarlıq məhsulun rüsumlarının 10 faizədək artırılması barədə avqustun 23-də qəbul etdiyi qərara cavab xarakteri daşıyır.

Bundan başqa, ABŞ sentyabrın 1-dən 300 milyard dollarlıq Çin məhsullarına əlavə 10 faiz rüsum tətbiq olunması barədə bir müddət əvvəl açıqladığı qərarına da dəyişiklik edərək, rüsumu 15 faizə qaldırıb(azərtac).