Türkiyə-Suriya sərhədində daha bir rus təyyarəsi vurulub.
Bu barədə "Əl-Cəzirə”nin Pakistan müxbiri Əhməd Zeydan məlumat verib.
Məlumata görə, təyyarə Suriyanın İdlib mahalının Babulhava ve Sarmada mahalları arasında vurulub. Həmin ərazi Cilvegözü sərhəd-keçid məntəqəsinin qarşısındadır.
"Əl-Cəzirə”nin müxbiri bildirib ki, Rusiya təyyarəsi Türkiyə ilə sərhəd əraziləri bombaladıqdan sonra vurulub.(Publika.az).
***
"Bu haqda yayılan məlumatlar tamamilə cəfəngiyyatdır. Suriyada terrorçuların hədəflərini məhv edən qırıcılarımız problemsiz şəkildə bazaya qayıdıblar".
Bu sözləri isə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Türkiyə sərhədində rus qırıcısının vurulması bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.