XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

24 Avqust 2019 - 18:11

Ərdoğan:“Qərbin bizi təhdidinə baxmadan Türkiyənin haqlarını sonunadək müdafiə edəcəyik”

“Şərqi Aralıq mövzusunda qərb bizi təhdid edir. Biz təhdidə baxmarıq. Türkiyənin haqlarını sonuna qədər müdafiə edəcəyik və başımızı əymədik, əyməyəcəyik də”.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Artvin vilayətindəki Yusufəli su anbarının açılışından danışarkən deyib.

Ərdoğan Türkiyənin enerji istehsalına və iqtisadi gücünün artması üçün Şərqi Araliq dənizində karbohidrogen yataqlarının axtarışına Qərbin maneələr yaratması məsələsinə də toxunub: “Bəziləri deyir, Şərqi Aralıq dənizində Amerika, Fransa, İngiltərə, Qatar var, amma tək bir ölkə yoxdur. O, hansı ölkəymiş? Türkiyəymiş. Ya sən müxalifsən deyə “Yavuz”umuzu, “Barbaros Xeyrəddin”imizdən xəbərin yoxdurmu? Qazma gəmilərimizdə dalğalanan nəhəng bayrağımızı görmürsənmi? Qərb bizi təhdid edir, amma biz təhdidə filan baxmarıq”.

Qeyd edək ki, Yusifəli su anbarı Türkiyədə birinci, dünyada 3-cü ən böyük su anbarı olacaq.