XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

22 Yanvar 2016 - 19:31

“Mövqeyimiz qətidir, Rusiyaya imkan verməyəcəyik” – [color=red]Ərdoğandan sərt xəbərdarlıq

"Rusiyanın Türkiyə sərhədlərində aviabaza tikməsinə icazə verməyəcəyik".

Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Rusiyanın Suriyanın şimal-şərqindəki Qamışlı şəhərində aviabaza tikməsi barədə yayılan xəbərlərə münasibət bildirib: “Rusiyanın Qamışlıya 100 hərbçisini göndərməsi barədə şayiələr gəzir. Biz bu məsələdə həssasıq. Türkiyənin sərhədlərində aviabazanın tikilməsinə icazə verməyəcəyik. Bizim mövqeyimiz qətidir. Sabah ABŞ vitse-prezidenti Co Baydenlə bunu müzakirə edəcəyik”.

Qeyd edək ki, Rusiya bir neçə gün öncə 100 hərbçisini Qamışlıdakı hökumət qüvvələrinin nəzarətində olan aerodroma göndərib. İddialara görə, Rusiya burada aviabaza tikməyi planlaşdırır (Moderator.az).