XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

25 Avqust 2019 - 15:00

PKK/PYD-nin Türkiyə sərhədində qazdığı müdafiə səngərini ABŞ əsgərləri doldurur –FOTOLAR

Türkiyənin Suriyanın Fərat çayı şərqinə gözlənilən hücumu ilə bağlı PKK/PYD-nin sərhəddə qazdığı müdafiə səngərləri ABŞ əsgərlərinin rəhbərliyi ilə doldurulur.

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Şanlıurfa şəhərinin Ceylanpinar rayonu qarşısında yerləşən Suriyanın Heseke rayonunun  Rasulayn kənddində PKK/PYD qruplaşması bir müddət əvvəl müdafiə xarakterli səngərlər və yeraltı tunellər qazıbmış.

Lakin bu günlərdə həmin səngər və tunellərin ABŞ əsgərlərinin rəhbərliyi və nəzarəti ilə qapadılmağa başlanıldığı bildirilib.

Bu faktı təsdiq edən fotolardan görünür ki, ABŞ əsgərləri terrorçuların qazdığı və yerləşdiyi tünellər texnikanın köməyi ilə doldurmağa başlayıblar.