XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

22 Yanvar 2016 - 22:39

“Ölümündən bir gün əvvəl qonağım idi” – [color=red]Ərdoğan ölən milyarderdən danışdı

Türkiyə prezidenti Ərdoğan deyib ki, vəfat edən milyarder Mustafa Koç ölümündən bir gün əvvəl onunla görüşüb, zarafatlaşıbmış.

Avropa.info xəbər verir ki, Ərdoğan M.Koçun ölümü ilə bağlı jurnalistin sualına cavab verib.
 
Jurnalistin "Mustafa Koçun ölümü barədə nə deyəcəksiniz?" – sualına Ərdoğan belə cavab verib:
 
“Qısmətdən qaçmaq olmaz. Mustafa bəy və Əli bəy mənim qonağım idi. Zarafat etdik. Arıqlamasından danışdıq. İçkini azaldıb-azaltmamağını soruşdum. Dedi ki, azaltmışam. Səhər tezdən xəbəri görüncə, şok oldum. O dəqiqə Əli bəyə zəng etdim. Rahmi bəylə də görüşdüm. Allahdan rəhmət diləyirəm. Türk sənayesində 13 il ərzində çox vacib sıçrayışa nail olublar”.