XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

08 May 2015 - 05:20

Avropa Oyunları ilə bağlı ordunun döyüş hazırlığı yoxlanıldı – FOTOLAR

hhq.jpg

I Avropa Oyunları ərəfəsində ölkənin hava məkanının etibarlı qorunması məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən mayın 7-də Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələrinin döyüş hazırlığı yoxlanılıb.

Strateq.az bildirir ki, bu barədə Müdafiə nazirliyi rəsmi açıqlama yayıb.

Təlim-döyüş tapşırığının yerinə yetirilməsi poliqonda “Osa” AK(M) tipli zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib. Tapşırığın yerinə yetirilməsi zamanı hava məkanını pozan şərti düşmən aşkarlanaraq izlənməyə götürülüb və kiçik həcmli, aşağı yüksəklikdə, qrup halında uçan hədəflər raket zərbələri ilə dərhal məhv edilib.

Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

hhq02.jpg

hhq01.jpg

hhq8.jpg