Liviya və Venesuella BMT-də səsvermə hüququndan məhrum edilib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT baş katibi Pan Gi Mun məlumat verib.
Baş katib bildirib ki, üzv dövlətlərdən 15-i üzvlük haqlarını verməyib. Bu ölkələr bundan sonra BMT-də istisna hallarda səs verə biləcəklər.
İki ölkənin bu hüquqdan məhrum edilməsinə səbəb borclarının daha çox olmasıdır. Məsələn, Venesuelanın BMT-yə 3 milyon dollar borcu var.
BMT Baş Assambleyası yoxsulluq və savaş şəraitində olduqlarına görə hələlik borclu ölkələrdən 5-nə güzəşt edir. Onların arasında Somali və Yəmən də var.
Gələn ay BMT Təhlükəsizlik Şurasında sədrlik növbəsi Venesuelaya çatır. BMT-yə olan borcu onun sədrliyinə təsir etməyəcək.