XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

26 Avqust 2019 - 14:09

Ərdoğan sabah Rusiyaya gedir –Türkiyə prezidentindən ABŞ-a açıq xəbərdarlıq

Türkiyə prezidenti Ərdoğan sabah Rusiyaya səfər edəcək.

Strateq.az xəbər verir ki, bu barədə o, bugünkü çıxışında məlumat verib.

Prezident bildirib ki, Putinlə görüşdə Suriyadakı mövcud vəzyyəti, İdlib ətrafındakı gərginliyi, ABŞ-la birgə razılaşdırılmış təhlükəsiz bölgə və digər məsələləri müzakirə edəcək.

Ərdoğan çıxışında ABŞ-a da xəbərdarlıq edib: “Artıq ABŞ-la təhlükəsiz bölgə məsələsində demək olar ki, anlaşmışıq. Artıq helikopterlərimiz, PUA-larımız sərhədi keçib. Çox yaxında quru qoşunlarımız da hərəkətə keçəcək. Əgər onlar, yəni ABŞ  bizim başımızı yenə də müxtəlif oyunlarla qatarlarsa, o zaman özümüz Suriyada nə lazımdırsa, onu da edəcəyik. Öz planlarımızı tətbiq edəcəyik. Kimsənin buna şübhəsi olmasın”.