İslam Konfransı Təşkilatı Gənclər Forumunun əməkdaşı, dünən İstanbulda özünü güllələyərək, intihar edən Fəxrəddin Əliyev keçmiş baş prokuror Eldar Həsənovun dayısı oğludur.
Bu barədə müsavat.com xəbər verir. Bildirilir ki, mərhum həm də Təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş müsavatçı İlham İsmayılın bacanağı olub.
Mərhumun yaxınlarından biri adının çəkilməməsi şərti ilə bildirib ki, F.Əliyev XİN sistemində işləmirdi:
"O, İstanbulda yaşayırdı və uzun illər idi ki, bizneslə məşğul olurdu. Bu hadisənin intihar olduğuna inanmırıq. Onun özünə qəsd edəcək heç bir durumu yox idi. Biz bu məsələnin ciddi araşdırılmasını istəyirik".
Məlumata görə, mərhumun cənazəsi artıq Bakıya gətirilib və Yasamaldakı ailə məzarlığında dəfn olunub.