XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 January 2016 - 12:38

Çin lideri 10 il sonra İrana getdi -[color=red]Pekin ABŞ və Rusiyanın yerinə göz dikib

Çin lideri Si Tszinpin son 10 ildə ilk dəfə İrana səfər edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, işgüzar səfərin məqsədi Çinin Yaxın Şərqdə iqtisadi münasibətlərini möhkəmləndirməkdir.

Pekin İranın iqtisadi tərəfdaşlarından biridir və bu ölkədən milyard dollarlıq neft alır. İran beynəlxalq təcrid vəziyyətində olanda Çin onun ən yaxın tərəfdaşlarından idi. Bu səbəbdən İranda Çin şirkətlərinə çoxsaylı imtiyazlar verilmişdi. İndi İranın dünya bazarına daxil olduğu bir vaxtda Çin bu imtiyazları qoruyub saxlamaq istəyir.

Çindən sonra Tszinpin Səudiyyə Ərəbistanı və Misirə gedəcək.

Onun bu səfər proqramı əvvəllər ABŞ və Rusiyanın hegemonluq etdiyi bölgədə Çinin təsir dairəsini genişləndirmək cəhdi kimi qiymətləndirilir.