XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

27 Avqust 2019 - 12:10

Lerikdə heyvanlar arasında xəstəlik yayılıb –Camaat həyəcan təbili çalır

Lerik rayonu Zeynako kəndində ətraf ərazilərdə bir aya yaxındır ki, iri buynuzlu heyvanlar arasında xəstəlik yayılıb.

Strateq.az-ın məlumatına görə, kənd sakini Pərviz Titayev “Report”un Cənub bürosuna bildirib ki, kənddə əksər təsərrüfatlarda olan mal-qara xəstəliyə yoluxub.

Onun sözlərinə görə, xəstəlik heyvanlarda temperaturun yüksəlməsi ilə başlayır, heyvan qidadan kəsilir, halsızlaşır, burnunan su axır, bədən səthində düyünlər yaranır. Heyvanlar arasında tələfatlar da var.

Ərazi baytar məntəqəsinin müdiri Ələkbər Quliyev təsərrüfatlarda olan xəstə heyvanların müayinə olunduğunu, xəstəliyin ağcaqanadlar vasitəsilə yayıldığını deyib. Sakinlərlə profilaktik tədbirlərin aparıldığını söyləyib. O qeyd edib ki, aparılan tədbirlər nəticəsində xəstə heyvanlarda tədricən sağalma müşahidə olunur.

Xatırladaq ki, ötən ay KTN rəsmisi ölkədə heyvanlar arasında bruselyoz xəstəliyinin kütləvi yayılması haqda da açıqlama vermişdi.
Strateq.az