XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

27 Avqust 2019 - 13:55

“İran və ABŞ prezidentlərinin görüşünü təsəvvür etmək mümkün deyil” –Cavad Zərif

“ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə öz öhdəliklərini yerinə yetirməyənədək İran və ABŞ prezidentləri arasında görüşü təsəvvür etmək mümkün deyil”.

Bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “İRNA”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Biarritzdə keçirilən G7 sammitində İrana bir daha aydın oldu ki, ABŞ iki ölkə arasında uzunmüddətli danışıqlar nəticəsində əldə olunmuş sazişləri pozub. M.C. Zərif bildirib ki, əvvəl əldə olunmuş sazişləri həyata keçirmək zəruridir.

Biarritzdə baş tutan G7 sammitini şərh edən M.C. Zərif qeyd edib ki, görüşün məqsədi Hərtərəfli Birgə Fəaliyyət Planının qorunub saxlanma yollarının tapılmasına yönəlib: “Sammitdə Avropa ölkələrinin saziş üzrə öhdəlikləri də müzakirə edilib. Təəssüf ki, avropalılar öz öhdəliklərini yerinə yetirmələri üçün müəyyən icazəyə ehtiyac duyurlar. Müstəqil ölkələrin digərlərindən icazəyə ehtiyac duyması beynəlxalq münasibətlərin gələcəyi üçün yaxşı hal deyil”.  /APA