Suriyanın İŞİD nəzarətində olan Azaz rayonundan Türkiyəyə son bir ayda ikinci dəfə raket atılıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, raket Türkiyənin Kilis şəhərindəki evlərdən birinə düşüb. Hadisə nəticəsində 2 nəfərin yaralandığı bildirilir.
Bundan əvvəl də Kilisə 3 raket atılmış və onlardan biri məktəb binasına düşmüşdü. Həmin vaxt zərbədən məktəbin əməkdaşı ağır xəsarət almışdı.