Rusiyadan “S-400” havadan müdafiə sisteminin ikinci batareya və avadanlıqlarının Türkiyəyə gətirilməsinə başlanılıb.
Türkiyə Müdafiə Nazirliyindən bildirilib ki, batareya və avadanlıqları gətirən Rusiyanın yük təyyarəsi bu gün Ankaraya enib.
Çatdırılmanın bir ay ərzində davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Rusiyadan Türkiyəyə “S-400” tədarükünün ilk mərhələsinə iyulun 12-də başlanıb. /APA