XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 January 2016 - 16:05

ABŞ qərarını dəyişdi [color=red]- Hərbi yol gündəmə gəlir

ABŞ Suriya münaqişəsinin həlli üçün hərbi yola əl ətmağa hazırdır.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyə Baş naziri Əhməd Davudoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Bu vaxta qədər hərbi variantı istisna edən Vaşinqton danışıqların nəticə verməyəcəyi təqdirdə, bu yola əl atılmasını məqsədəuyğun sayır: «Danışıqlar səmərəsiz olsa, biz hərbi yola əl atmalı olacağıq».

Suriya ilə bağlı danışıqların növbəti mərhələsi yanvarın 25-də Cenevrədə başlayır. O vaxta qədər BMT-nin Suriya üzrə xüsusi məruzəçisi Staffan de Mistura bütün tərəflərlə danışıqları başa çatdırmalıdır.

Dünən Pentaqon bəyan etmişdi ki, ABŞ Suriya və İraqa quru qoşunları göndərəcək. Suriyanın Rusiyadakı səfiri Riad Xaddad isə bildirmişdi ki, Dəməşq ABŞ-ın bu addımını aqressiya kimi qiymətləndirəcək.