XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

23 Yanvar 2016 - 18:08

Vaşinqton İranın rolundan narahatdı[color=red] – Kerridən açıqlama

ABŞ dövlət katibi Con Kerri İranın Yaxın Şərqdəki situasiyaya təsirindən və bu proseslərdəki rolundan narahat olduğunu bildirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Kerri bu məsələdə İranın Livandakı radikal «Hizbullah» qruplaşmasına dəstəyini xüsusi qeyd edib. 

Onun sözlərinə görə, «Hizbullah» açıq şəkildə Suriya lideri Bəşər Əsədi müdafiə edir.

Kerri bu bəyanatla Səudiyyə Ərəbistanında Xarici İşlər naziri Adel əl-Cübeyrlə görüşündən sonra çıxış edib.

Cübeyr isə bildirib ki, İranı arqressiv fəaliyyətindən çəkindirmək üçün ABŞ-la əməkdaşlığı davam etdirirlər. Vaşinqton hesab edir ki, Suriyada sülhün bərqərar olunması üçün əsas oyunçular arasında Səudiyyə və İran da var.