XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 January 2016 - 07:15

Ərdoğanın ABŞ səfərinin[color=red] detalları açıqlandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri dəqiqləşib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğan Birləşmiş Ştatlara martın sonlarında səfər edəcək. Bu barədə Türkiyə prezidenti ilə ABŞ-ın vitse-prezidenti Co Baydenin dünənki görüşündə açıqlama verilib.

Səfər proqramının bəzi detalları da məlum olub. ABŞ ziyarəti zamanı Ərdoğon Vaşinqtondakı Nüvə Təhlükəsizliyi sammitində iştirak edəcək, həmçinin prezident Barak Obama ilə görüşəcək.

Ərdoğan bildirib ki, Obama ilə görüş iki ölkənin bir sıra məsələləri üst səviyyədə müzakirə etməsi üçün yaxşı fürsətdir.