XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

28 Avqust 2019 - 22:32

Lənkəranda sərnişin avtobusu aşıb- Bir nəfər ölüb, 20-dən çox yaralı var+FOTO

Lənkəranda sərnişin daşıyan avtobusun aşması nəticəsində bir nəfər ölüb, daha 22 nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə rayonun Bəliton kəndində baş verib. İlkin məlumata əsasən, “PAZ” markalı sərnişin avtobusunun əyləcində olan nasazlıq səbəbindən nəqliyyat vasitəsi yoxuşdan geriyə gedərək yaşayış evinin həyətinə aşıb.

Hadisə nəticəsində sürücünün dünyasını dəyişdiyi, xəsarət alanların sayının isə 22 nəfərə çatdığı bildirilir.

Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub. Yaralılar təcili tibbi yardım və kənd sakinlərinin maşınlarının köməyilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.