XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 January 2016 - 11:05

ABŞ və Rusiya [color=red]Suriya məsələsində anlaşdı

ABŞ və Rusiya Suriya ilə bağlı kompromisin bir addımlığındadır.

Strateq.az xəbər verir ki, tərəflər münaqişənin dinc yolla həlli ilə bağlı razılığa gəliblər. 
«Bloomberg» BMT-dəki mənbələrinə istinadən yazır ki, bunu qərbli diplomatlardan biri deyib.

Diplomatın sözlərinə görə, Rusiya «İslam Ordusu»nun sammitində iştirak etməyə razılıq verib. Sammitdə Səudiyyə Ərəbistanının dəstəklədiyi nümayəndə heyətləri təmsil olunacaq.  

Eyni zamanda Amerika da Rusiyanın istəyini yerinə yetirməyə hazırdır. ABŞ Сenevrəyə Moskvanın təkid etdiyi nümayəndə heyətinin gəlişinə razılıq verib.

Söhbət, vaxtilə Suriya iqtidarında təmsil olunan Kadri Cəmildən və kürd liderlərindən Saleh Muslimin iştirakından gedir. Səudiyyə Ərəbistanı onların iştirakına qarşı çıxırdı. 

Artıq sabah Сenevrədə rəsmi şəkildə kompromisin əldə edildiyi elan oluna bilər.