XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

29 Avqust 2019 - 17:55

Tərtərdə əl qumbarası partladı:ölən və yaralanan var

Tərtər rayonunda döyüş sursatı partlayıb.

Hadisə Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, əl qumbarasının partlaması nəticəsində bir nəfər hadisə yerində ölüb, bir nəfər isə ağır dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Hazırda ölən və yaralanan şəxslərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır/Report.