XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

29 Avqust 2019 - 18:43

Rusiya ilə Avropa Şurası arasındakı gərginlik bitdi –Baş nazirdən sərəncam

Rusiya Avropa Şurasına 2017-2018-ci illər üçün üzvlük haqqı ödəyəcək.

Strateq.az xəbər verir ki, Rusiya hökumətinin başçısı Dmitri Medvedevin imzaladığı sərəncama əsasən, Avropa Şurasına federal büdcədən 54,7 milyon avro ödəniləcək.

Qeyd edək ki, məlimata görə, Rusiya 2019-cu ilin üzvlük haqqı üçün 33 milyon məbləğində artıq vəsait ödəyib.

Xatırladaq ki, 2014-cü ildə Avropa Şurasının Parlament Assambleyasında Rusiya nümayəndə heyəti səsvermə hüququndan məhrum edilmişdi. 2017-ci ildən Rusiya təşkilata üzvlük haqqının bir hissəsini ödəmirdi. Bu ilin iyununda Rusiya nümayəndə heyətinin səsvermə hüququ bərpa edilib.