XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

30 Avqust 2019 - 14:58

“Neft emalı zavodunda yenidənqurma 5-6 il çəkəcək” –Layihə rəhbəri

Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya işlərinin 2024-cü ilin sonu – 2025-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Bu barədə zavoda təşkil olunan press-tur zamanı layihə rəhbəri Nihal Allahverdiyev bildirib. Onun sözlərinə görə, hazırda zavodda 6 qurğu istismardadır: «2021-ci ildə zavodda 17 yeni qurğu istismarda olacaq. 2025-ci ildə isə istismarda olan qurğuların sayı 24-ə çatacaq».

O xatırladıb ki, layihənin birinci mərhələsi çərçivəsində inşa olunan Bitum istehsalı qurğusu və Maye qaz doldurma stansiyaları 2018-ci ilin sonunda istismara verilib.

Bu yaxınlarda Nazirlər Kabineti 90 gün ərazində ölkəyə idxal edilən bəzi benzin növlərini gömrük rüsumundan azad edib. Qərar sentyabrın 1-dən qüvvəyə minəcək.

Ekspertlər hesab edir ki, bu qərar benzinin qiymətinin bahalaşmasının qarşısını almaq məqsədilə verilib. Onlar qeyd edirlər ki, Neft Emalı Zavodu faktiki ölkənin daxili tələbatını tam ödəyə bilmir.