XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

30 Avqust 2019 - 15:09

Bakıda tramvayların bərpası məsələsi nəzərdən keçirilir –Dövlət Komitəsi

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərində tramvay nəqliyyatının bərpa olunması məsələsini nəzərdən keçirir.

Bunu Komitə sədrinin müşaviri Rüfət Mahmud deyib.

Onun sözlərinə görə, tramvay nəqliyyatının nə zaman bərpa olunacağı barədə nə isə demək hələ tezdir.

“Təbii ki, bu məsələ baxılmaqdadır. Şəhərdə mobilliliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi qiymətləndirilir”, – deyə R. Mahmud qeyd edib.