XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

30 Avqust 2019 - 16:18

Avropa Liqasının qrup mərhələsinin püşkü atıldı –"Qarabağ"ın rəqibləri bəlli oldu

Bu gün Monakoda UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

Strateq.az xəbər verir ki, Azərbaycanın təmsilçisi “Qarabağ” “Sevilya” (İspaniya), APOEL (Kipr) və “Düdelanj” (Lüksemburq) birgə A qrupuna düşüb.

A qrupu: “Sevilya” (İspaniya), APOEL (Kipr), “Qarabağ” (AZƏRBAYCAN), “Düdelanj” (Lüksemburq)

B qrupu: “Dinamo” (Kiyev, Ukrayna), “Kopenhagen” (Danimarka), “Malmö” (İsveç), “Luqano” (İsveçrə)

C qrupu: “Bazel” (İsveçrə), “Krasnodar” (Rusiya), “Xetafe” (İspaniya), “Trabzonspor” (Türkiyə)

D qrupu: “Sportinq” (Portuqaliya), PSV (Hollandiya), “Rusenborq” (Norveç), LASK (Avstriya)

E qrupu: “Latsio” (İtaliya), “Seltik” (Şotlandiya), “Renn” (Fransa), ÇFR (Kluj, Rumıniya)

F qrupu: “Arsenal” (İngiltərə), “Ayntraxt” (Frankfurt, Almaniya), “Standard” (Lyej, Belçika), “Vitoriya” (Gimaraynş, Portuqaliya)

G qrupu: “Portu” (Portuqaliya), “Yanq Boyz” (İsveçrə), “Feyenoord” (Hollandiya), “Reyncers” (Şotlandiya)

H qrupu: MOİK (Moskva, Rusiya), “Lüdoqorets” (Bolqarıstan), “Espanyol” (İspaniya), “Ferentsvaroş” (Macarıstan)

I qrupu: “Gent” (Belçika), “Volfsburq” (Almaniya), “Sent-Etyen” (Fransa), “Aleksandriya” (Ukrayna)

J qrupu: “Roma” (İtaliya), “Borussiya” (Mönxenqladbax, Almaniya), “İstanbul Başakşehir” (Türkiyə), “Volfsberq” (Avstriya),

K qrupu: “Beşiktaş” (Türkiyə), “Braqa” (Portuqaliya), “Vulverhempton” (İngiltərə), “Slovan” (Bratislava, Slovakiya)

L qrupu: “Mançester Yunayted” (İngiltərə), “Astana” (Qazaxıstan), “Partizan” (Serbiya), AZ (Alkmaar, Hollandiya),

Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək. “Qarabağ” cari avrokubok mövsümündə, Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində məhz APOEL-i keçə bilməyib (2:1, 0:2). “Düdelanj”ı isə 2016/2017 mövsümündə ÇL-in II təsnifat mərhələsində mübarizədən kənarlaşdırıb (2:0, 1:1).