XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

30 Avqust 2019 - 17:29

Azərbaycanda 20 yeni məktəb istifadəyə veriləcək –Təhsil Nazirliyi
Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyinin təmir-tikinti işlərini yekunlaşdırdığı 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək.
Bu barədə nazirliyin mətbuat xidmətindən verilən məlumatda deyilir. Bildirilib ki, onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir. 2019-cu ildə ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.
Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, regionlarda modul tipli məktəblərin quraşdırılması məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat, respublika üzrə təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə 8.7 milyon manat vəsait ayrılıb. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcək.