XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2016 - 21:46

Bu gün Fuad Qəhrəmanlının məhkəməsidir – [color=red]Ev dustaqlığına buraxılmasına baxılacaq

fuad-00-1.jpg

Bu gün saat 15.00-da Nəsimi rayon məhkəməsində AXCP sdərinin müavini Fuad Qəhrəmanlı barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsi barədə vəkili Nemət Kərimlinin verdiyi şikayətə baxılacaq.

Azadlıq.info-nun yaydığı məlumata görə, prosesə hakim Babək Pənahov sədrlik edəcək.

Xatırladaq ki, Fuad Qəhrəmanlı ötən ay – dekabrın 8-də özünün facebook səhifəsində yazdığı yazılara görə həbs edilib. Onun həbsi həm ölkədə, həm də ölkə xaricində ciddi qınaqla qarşılanıb.

Son günlər hakimiyyətin ölkədə getdikcə gərginləşən situasiyanı mürəkkəbləşdirməmək üçün yumşaldıcı tədbirlərə əl atacağını düşünən bəzi siyasətçilər Fuad Qəhrəmanlının da barəsindəki həbs qətimkan tədbirinin dəyişidirləcəyinə xeyli ümidlidirlər. 

Xüsusən də bu arada daha ağır ittihamlarla həbs edilmiş Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun, həmçinin YAP-ın sabiq deputatı Eldar Sabiroğlunun oğlu, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun barəsində seçilmiş həbs-qətimkan tədbirlərinin dəyişdirilməsindən sonra cəmiyyətdə belə əhval-ruhiyyə yaranıb ki, hakimiyyət AXCP sədrinin müavininə münasibətdə də eyni addımı ata bilər.

Əks-halda, yəni Nəsimi rayon məhkəməsinin əvvəlki qərarının qüvvədə saxlanılacağı təqdirdə, bu, hakimiyyətin hətta siyasi məhbuslara belə fərq qoyduğunun, ayrıseçkiliklə yanaşdığının təsdiqi kimi dəyərləndiriləcək.