XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

01 Sentyabr 2019 - 09:20

Hərbi qulluqçuların maaşları artırıldı –Sərəncam bu gündən etibarən qüvvəyə minib

Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncamı bu gün qüvvəyə minib.

Sentyabrın 1-dən qüvvəyə minən sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.  /Report