XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

02 Sentyabr 2019 - 11:58

Qida zəhərlənmələri ilə bağlı 45 müraciət daxil olub, 10-u öz təsdiqini tapıb –AQTA

2019-cu ilin avqust ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1701 müraciət daxil olub. 

AQTA-dan verilən məlumata görə, daxil olan müraciətlərdən 314-ü sertifikatlaşdırma və qeydiyyat, 359-u idxal-ixrac əməliyyatları, 235-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 45 müraciət daxil olsa da, onlardan yalnız 10-u öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 91-i işə qəbulla, 657-i isə digər xarakterli müraciətlər olub.