XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2016 - 09:23

Prezident ATƏT PA-nın nümayəndə heyətini qəbul edib – [color=red]Müzakirə

Prezident İlham Əliyev bu gün ATƏT Parlament Assambleyası sədrinin müavinləri Georgi Tseretelinin və Kent Harstedtin başçılıq etdiyi, ATƏT PA-nın baş katibi Roberto Montellanın daxil olduğu nümayəndə heyətini qəbul edib.

Strateq.az azertag.az-a istinadən məlumatına görə, Georgi Tsereteli ATƏT Parlament Assambleyasının sədri İlkka Kanervanın xəstəliyi ilə bağlı Azərbaycana səfər edə bilməməsini təəssüflə qeyd edib.

O, ölkəmizin təmsil etdiyi qurum üçün prioritet olduğunu və Azərbaycan ilə əməkdaşlığın böyük əhəmiyyət daşıdığını deyib.

Georgi Tsereteli ATƏT-in həyata keçirdiyi layihələrdə Azərbaycanın iştirakına görə prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Azərbaycan ilə bu günə qədər əməkdaşlığın uğurla həyata keçirildiyini bildirən qonaq bu əməkdaşlığı konstruktiv və anlaşma ruhunda yeni mərhələdə davam etdirmək niyyətində olduqlarını deyib.

Dövlət başçısı ATƏT Parlament Assambleyası sədrinin müavini Georgi Tseretelinin ölkəmizə səfərinin məhsuldar və səmərəli olacağına ümid etdiyini bildirib.

Görüşdə Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.