XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2019 - 12:43

Sabunçuda təzə tikilən körpünün tunelini su basdı –VİDEO

Bakıda yağan yağış fəsadlar törədib.

Sabunçu rayonu Dilqəm Kişvəri küçəsində təzə tikilmiş dəmiryolu dayanacağının yaxınlığındakı körpüyə su yığılıb.

Ərazidən keçən nəqliyyat vasitələri tuneldən keçə bilməyiblər.

Alternativ yol olmadığı üçün sürücülər uzaq məsafə qət edərək yollarına davam etmək məcburiyyətində qaldıqlarını bildiriblər.

Tuneldə suya bataraq qalmış iki maşının vətəndaşların yardımı ilə oradan çıxarıldığı bildirilib.

Hazırda ərazidə aidiyyatı qurumlar gözə görünmür.

 Bizimyol.info