XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2019 - 13:44

Ermənistanda tələbələr ayağa qalxdılar –Təhsildəki korrupsiya və rüşvət onları da boğaza yığıb
Ermənistan İqtisad Universitetinin tələbələri auditoriyalara girməkdən imtina edərək, etiraz aksiyalarına başlayıblar.
Universitetin qarşısına toplaşan tələbələr təhsildə mövcud olan rüşvətə və korrupsiyaya etirazlarını bildiriblər.
Tələbələrin aksiyasına universitetin müəllimləri də qoşulublar. Etirazçılar ali təhsil ocağında baş verən neqativ halların tez bir zamanda aradan qaldırılmasını tələb ediblər.
Aksiya iştirakçıları universitet binasından hökumət evinə doğru yürüş ediblər. Narazı kütlə universitetin rektoru Ruben Arembekyanın Nikol Paşinyanın göstərişi ilə istefasına da etiraz edib.

Ali məktəbin müəllim kollektivi təhsil naziri Areik Artunyana ünvanlandığı məktubda bildirib ki, rektor əvəzi Tiana Kalakenyanın elmi işlərində plagiatlıq aşkar olunub.

Bundan başqa, tələbələr universitetə xeyli vəsait ödədikləri üçün keyfiyyətli təhsil verilməsini tələb ediblər./Azvision.az