XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Sentyabr 2019 - 11:21

Azərbaycan-Ermənistan sərhədində növbəti monitorinq keçirilir –FOTO

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 4-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində növbəti monitorinqi keçirilir.

Ermənistanla sərhəddə yoxlama keçirəcək nümayəndə heyəti Tovuz rayon İcra Hakimiyyətində olub, Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovla mövcud vəziyyətlə bağlı müzakirələr aparıblar.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller, Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Martin Şuster keçirir. /APA